Tuesday, December 20, 2016

Guerlain Maxi Lash So Volume





Guerlain - maxi lash so volume maskarası - zil qara və həcmli görüntü vəd edir. Və öz vədini artıqlamasıyla yerinə yetirən məhsuldur. Taxma kirpik effetkini əldə etdiyim maskaralardandı 😍
Kirpikləri yapışdıra bilər ki azda olsa birləşdirir kirpikləri ama bu əsla pis görüntü vermir dahada həcmli göstərir . Hətta deyərdimki içində xüsusi dənəciklər (bu mənim xəyal gücümdü😆)var çünki dolğun kirpik görüntüsünü verir.

Silikon (daraq kimi) fırçalı və şüşə qablaşdırmalı "Chic" görüntülü maskaradır. İstifadə etdiyim maskaralardan fərqlidir çünki parfum ətirlidir. Amma bu məni narahat etmir əksinə bəyənirəm. Tək qat gündəlik istifadə üçün kifayət edir yox əgər, mən tam drammatik kirpiklər istəyirəmsə 1ci qat yarı-qumuş olan zaman  2ci qatı tətbiq edirəm. Bu arada mənim kirpikərim orta uzunluqdadır.
İlk həftələrdə hər maskara kimi bu da çox kremsi idi ama vaxt keçdikcə qurumağa başladı. 2 damla İngot duraline əlavə etdikdən sonra əvvəlki vəziyətinə qayıtdı.


Application:   5
Coverage: 5
Volume:   5
Leght:   4
Wear Time:   5
Packaging:   5

Disclosure: This product was purchased by  RybaTV
Açıqlama: Bu Məhsul RybaTV tərəfindən ödənilmişdir.