Tuesday, December 20, 2016

Dior SPLENDOR kolleksiyonu



Bir çox marka yeni ilə özəl reklam etməsədə, Christian dior kimi özəl bir brend, yeni ilə özəl makiyaj kolleksiyonu ilə 
xanımların önəmli günündə ehtiyyacı olacaq makiyaj vasitərini kolleksiyonuna daxil edir.

Makiyajın xanımlar həyatında önəmli yerini bilməyən yoxdur. 

Splendor kolleksyonunu  devizi - məxmər toxunuşlu dodaqlar , bayram işıltılı dırnaqlar, dumanlı gözlər və əlbətdəki qızılı rəngli qablaşdırmadır.
Kolleksiyona daxildir:

Qablaşdırma olaraq  keçən ilki 'state of God' bənzəyir. 
xarici bloggerlərin paylaşdığı rəng görüntülərini sizinlə paylaşmaq istədim... 













Guerlain Maxi Lash So Volume





Guerlain - maxi lash so volume maskarası - zil qara və həcmli görüntü vəd edir. Və öz vədini artıqlamasıyla yerinə yetirən məhsuldur. Taxma kirpik effetkini əldə etdiyim maskaralardandı 😍
Kirpikləri yapışdıra bilər ki azda olsa birləşdirir kirpikləri ama bu əsla pis görüntü vermir dahada həcmli göstərir . Hətta deyərdimki içində xüsusi dənəciklər (bu mənim xəyal gücümdü😆)var çünki dolğun kirpik görüntüsünü verir.

Silikon (daraq kimi) fırçalı və şüşə qablaşdırmalı "Chic" görüntülü maskaradır. İstifadə etdiyim maskaralardan fərqlidir çünki parfum ətirlidir. Amma bu məni narahat etmir əksinə bəyənirəm. Tək qat gündəlik istifadə üçün kifayət edir yox əgər, mən tam drammatik kirpiklər istəyirəmsə 1ci qat yarı-qumuş olan zaman  2ci qatı tətbiq edirəm. Bu arada mənim kirpikərim orta uzunluqdadır.
İlk həftələrdə hər maskara kimi bu da çox kremsi idi ama vaxt keçdikcə qurumağa başladı. 2 damla İngot duraline əlavə etdikdən sonra əvvəlki vəziyətinə qayıtdı.


Application:   5
Coverage: 5
Volume:   5
Leght:   4
Wear Time:   5
Packaging:   5

Disclosure: This product was purchased by  RybaTV
Açıqlama: Bu Məhsul RybaTV tərəfindən ödənilmişdir.

Tuesday, December 13, 2016

GUERLAIN 2016-2017 qış kolleksiyası

Guerlain brendini 2017 il bayram kolleksiyası Hindistan mədəniyyəti və əfsanəvi ətir Şalimara ilhamlanmışdır. Əsas məhsul olaraq  üz bədən və saç üçün universal ətirli parıltılı toz dənəcikəri olan spreydir.  Bundan əlavə, Guerlain Bayram kolleksiyasına iki rəngli göz kölgəsi, qızıl maye göz layneri, çəhrayı maye aydınladıcı , bronzer pudra, çəhrayı və qırmızı pomada, ələcə də markanın əsas məhsulu Metoritlər daxildir.

Guerlain Shalimar Makeup Collection Christmas Holiday 2016-2017 reclaim kompaniyasının siması  top model Natalia Vodianovadır.

  • PERLES DE LEGENDE METEORITES | $65.00 
  • SHALIMAR DUO EYESHADOW | $46.00
  • TERRACOTTA TERRA INDIAN BRONZING POWDER | $55.00 
  • SPARKLING GOLD L'OR FELT EYELINER | $34.00 
  • ROUGE G DE GUERLAIN EXCEPTIONAL LIP COLOUR | $56.00 
  • KISSKISS CREAMY SHAPING LIP COLOUR | $37.00
  • SOUFFLE D'OR DE SHALIMAR PERFUMED IRIDESCENT POWDER | $98.00
  • PRECIOUS LIGHT PINK PEARLY ILLUMINATOR | $52.00
















Wednesday, August 17, 2016

Inglot AMC Gel Eyeliner #77



Bu gun top 10luqlarda yer alan inglotun məşhur zil qara gel "liner"-indən yazmaq istəyirəm. Ənənəni pozmayaraq ilk öncə qablaşdırımsandan yazım :) Tez sınmayan plastik qablaşdırmadı, 5.5 gramdır. Kremli(asan yayılan) teksturada olması fırçanı toxundurmaqıız kifayət edir ki, çox az məhsulla pişik quyruqlu xəttiniz hazr olsun :)

 İstifadə etdiyim fırçalar: Mac266, Mac209, Zoeva 317.

 Silinməsi zülm olduğundan mütləq 2 fazalı göz təmizləyicisindən istifadə etməlisiz. Əgər ilk gel laynerinizdirsə məsləhət bilməzdim almağınızı. qısaca mənfi və müsbət cəhətlərini yazım son qərarı siz verin almaq olar ya yox :)


Müsbət:
Qiyməti 
fırçanı təkrar-təkrar toxundurmağa ehtiyyac olmur
Qap-qaradır
asan çəkilir
qalıcıdır

Mənfi:
silinməsi zülmdü
səf etmək şansınız yoxdur
suya davamlı yazılsada göz qapağıma iz qoyur
saatlar keçməsinə baxmayaraq səhfən toxunsan belə yayılır


müsbət cəhətləri çox cəlb edici olsada silinməsidə mənimçün bir o qədər önəmlidir. o görədə yenidən alacağıma əmin deiləm... Bəs siz hansı qərara gəldiniz ?)

Qiymət:18.5 azn

 Açıqlama: Bu Məhsul RybaTV tərəfindən ödənilmişdir.


Thursday, August 13, 2015

Golden Rose Color Expert 85, 45


Golden Rose brendinin Color Expert seriyasının 2 lakı var məndə. Fırçası istifadəsi çox əlverişilir.
45 nömrəli çəhrayı rəng çəkildikdən 1 gün sonra rəngi dəyişir çirklənir sanki :(
85 nömrə tund göy rəng içində xırda görünməyəcək kiçiklikdə işəltılar var.




Wednesday, August 12, 2015

Louboutin Dodaq Boyası Kolleksiyası




Christian Louboutinin göstərişli hündür topuqlu, qırmızı altlıqlı ayaqqabılarını biləməyən yoxdur! Keçən il təqdim etdiyi tamamilə fərqli qablaşdırmada dizayn edilmiş dırnaq boyası kolleksiyonundan sonar, bu il: göz alıcı ayaqqabıların tamamlayıcısı olan özəl dizayn edilmiş dodaq boyası. Klepatradan miras qalmış rəvayət edilən bir makiyaj vasitəsi, şübhəsiz ki,  günümüzdə qadınların "Must Have" -i dir. Moda və gözəllik dünyasına yenidən səs-küy salacağı və əfsanə olacağı kimi görünür.


Christian Louboutin digər marka və modellərdən öz fərqli tərziylə fərqləndiyini bir daha göründü. Dodaq boyasının dizayınının delatlları rəqiblərindən olduqca fərqlidir. Həmçinin bu dodaq boyası klon olaraqda istifadə oluna bilər. Xüsusiylə dodaq boyasının xarici qablaşdırmasına görə küllü miqdarda pul ödəyib bitdikdən sonra atılması bu kolleksiyada tarix olacağı kimi görünür. İndi isə  bu dodaq boyalarını yaxından incələyək...


Qadınlara görə ən önəmli makiyaj vasitəsi dodaq boyasıdır ki, çantada əllik, kirşan göz kölgəsi və s olmasa belə dodaq boyası olur. Və əgər bu dodaq boyası Christian Louboutin imzası daşıyırsa qadınlar bunu  çantalarında, boyunlarında belə daşımağa meyil göstərə bilər.



Kraliça Nefertini, sənət axını "Art Deco" və babil memarlarından ilhamlanaraq hazırlanmış özəl dodaq boyası kolleksiyonu, güllə şəkilində hazırlanmış xüsusiyyətli şah əsərdən ibarətdir. Kolleksiyaya 20 Silky (orta-yüksək örtücülüklü satin bitişli) Satin, 9 Sheer Voile ( zəif
örtücülü parlaq bitiş)9 Velvet Matte (yüksək örtücülü matt bitişli) adlı 3 fərqli boya seriyası daxildir.

Məşhur  dizaynerin favori rəngi qırmızı olduğunu bütün Christian Louboutin sevənləri bilir. 



Üzərində Christian Louboutin'in imzasını saxlayan qara parlaq  pomada qabları, qızılı detallar istifadə edilərək daha da dəbdəbəli qablaşdırmadan ibarətdir. Ayrıca üst qisimləri ştapel detallarla bəzənən məhsullar, üst qisimlərində olan detallar sayəsində boyunbağı olaraq da istifadə edilə bilər. Bu boyaları alsanız həm gözəl dodaqlarınızı nəfəs kəsici tonlarla rəngləmiş olacaq həm də bu keyfiyyətli məhsulu yanınız dan ayırmayacaqsınız.




Qırmızı tonların hakim olcağı bu kolleksiyanın Sentyabırda satışa çıxacağı və qiyməti 90 USD olacağı bildirlib.


P.S: Christian Louboutin pomadasına sahib olmaq demək, qadınlar tualetində digər qadınların maraqlı baxışları qarşısında ediləcək bir makiyaj təzələnməsi də demək! Bunu da ayrıca xatırlatmaq istədim! Nə deyərsiniz xanımlar, düşüncəsi belə qulağa olduqca cazibədar gəlmirmi?

Wednesday, August 5, 2015

Eda Taşpınar - Yoğun Bronzlaştırıcı Sprey


Bu gün sizlərə çoxdan aldığım amma yeni sınadığım bronzlaşdıcıdan yazmaq istəyirəm. İlk öncə Eda Taşpınar brendiylə tanış olaq...
Eda Taşpınarın bioqrafiyasını yazmayacam, əgər sizə maraqlıdırsa google kimi axtarış saytlarında araşdıra bilərsiniz. Mən kısaca brendin yaranma tarixini yazmaq istədim.


Eda Taşpınar, 2012-ci ildə öz şirkəti olan Yıldız Dükkanı'nı qurdu və öz adını daşıyan markası altında günəş yağları, at quyruğu bitkisi şampunu və bədən şampunu, təbii at tükü fırçası kimi kosmetik məhsulları Türkiyə səviyyəsindəki kosmetik zəncir mağazalarına  və əczaxanalarda bazara təqdim etdi. Eda Taşpınar şirkətinin görüntüsünü "qadınları xoşbəxt etmək" olaraq təyin etmişdir. Türkiyədə qabaqda gələn markalarına xüsusi aksesuar və geyim kolleksiyaları hazırladı və hazırlamağı davam etdirir. Dizayner olaraq məhsullarını paylaşmağa davam edir.




Bu qədər yetər məncə keçək məhsula. Məndə olan bu məhsul Gratisdən(39.90 tl) alınıb. Yəqin ki, bilirsiniz mən ağbənizəm və mənim üçün 1 ton bronzlaşmağı necə əziyətli olduğunu təsəvvur edə bilirsiniz. Əvvəllər mənə yaxınlarım belə deyirdi:
"aa sən indi gua qaralmısan pomidor olmusan başqa heç nə.!"
"Gör özünə necə əziyyət veribe sənə lazım idi indi zarıldayırsan!"
"Qatıq sürt keçib gedər!"

Sonda isə ortada bir şey yox idi həminki mən olurdum. yada dərim soyulurdu yenə həmin ki mən olurdum :(



Məhsulun istifadə qaydası üzərində yazılıb yenidən yazıb sizləri yormaq istəmirəm.

Bu məhsulu istifadə etdim və 20 dəq günəş vannası qəbul etdim. Nəticə "aa harada qaralmısan belə" bunu ilk dəfəydi istifadə edirdim və yanımda rəfiqəm də var idi oda istifadə etdi o da bəyəndi. Bilirəm bu məhsul instagramda məşhurdur və buna görədə çaşdırıcı olur ki görəsən həqiqətən deyildiyi kimi di ya hamsı reklam xatirinədi. İnanın qızlar mən çoox bəyəndim və tövsiyyə edirəm məndə sprey formasında olandı. Məncə bəsti bu qədər yazdım, amma yorulmadan tərifləyə bilərəm bu  məhsulu.


Müsbət:

Dediyi effekti verir və dərinizdə ağrı hiss etmədən bronzalaşacaqsınız
Sprey formasında olduğuçün istifadəsi çox rahatdır

Mənfi:

Tez bitə bilər spray formasında olduğu üçün (bundan əmin deiləm)

P.S: Ölkəmizdə Eda Taşpın Brendinin rəsmi dileri Arzu Beauty mağazasıdır. Ünvan: Genclik metrosunun cixisi Caspian Shoppingin icinde arxa girisinde Arzu Beauty (4 nomreli) magaza. Catdirilma var.  012-465-61-85 ;051-566-61-70

Açıqlama: Bu məhsul RybaTV təfindən ödənilmişdir.








Tuesday, August 4, 2015

Mənim Hədiyyəm




Bu gün mənə daha bir hədiyyə gəlib. Hədiyyələr məni həmişə motivasiyamı yüksəldir, bloqqerliklə bağlı işlərimi daha həvəslə etməyimə səbəb olur. Mən bunu sevirəm!!!  Hədiyyənin qablaşdırılmasına söz yox! Və sizdə  sevdiklərinizə belə hədiyyələr edərək onları sevindirə bilərsiniz. İndi isə keçək hədiyyəmə...




 İnstagram səhifəsi @afina_design olan əl işləri səhifəsindən mənə belə gözəl bilərzik göndərilib.




Mən qızılı metaları həmişə digər rəng metallardan üstün tutmuşam daha doğrusu qızılı metalları daha çox sevirəm.  Və göndərilən bu bilərzikdə qızılı metaldan olması əksər zamanlarda istifadə edə biləcəyimçün daha da sevincdirici oldu.




 İnstagram səhifəsinə  göz atın deyərdim. Bir-birindən fərqli kreativ aksesuarlar var  və saç aksesuarlarını isə xüsusi ilə qeyd etmək istəyirəm.!





Bu arada bilərzik tam qolumun ölçüsündədir. 'Yaaay I`m Happy!"


Açıqlama: Aksesuar @afina_design səhifəsi tərəfindən hədiyyə göndərilmişdir.

Friday, July 31, 2015

Iki "Look" bir Post

Bu mənim ilk Dəb ilə bağlı paylaşımımdır.Ümid edirəm uğurlu olar və davamı gələr. Məni instagramdan izləyirsinizsə bilirsinizki Grandezza və Ariel-in birgə layihəsində iştirak etmək üçün seçilən  6 Bloqqer-dən biri də mən idim. Grandezzada hər birimizə 50 aznlik kart təqdim olundu. Sizlərə öz tərzimə uyğun yaratmağa çalışdığım 2 “Look” paylaşıram... Birinci look "Əyləncəli yay yığıncağı", İkinci isə "Axşam gəzintisi". 







Dress: I`m Isola Marras
Shoes: See by Chole
Bag: Ted Baker




Və mən burda tamamən heyran qaldığım yeni bir məhsulu qeyd etmək istəyirəm - Ariel toz və gel gücü bir arada.
Hər bir xanım üçün qarderobunda ki, geyimlərin dəfələrlə  yuyulduqdan sonra rənglərini ilk gün ki qalması və parçanı zədələməkdən qorumaq vacib mələsədir . Ariel Liquid Powder - təmiz paltarlar devizi adlandıriram,  ləkə aradan qaldırılması və parça müdafiəsini özündə birləşdirir. istifadəsi isə çox praktikdir. qablaşdırmada gələn ölçülü qaba lazımlı miqdarda maye əlavə edin  geyimin ləkəli hissəsi maye və qapağın arxa hissəsiylə yüngülcə ovalayın, daha sonra mayeli qabı patlar yuyan maşınınıza qoyun. Bu qədər sadə! Maye15-95 dərəcə aralığında istifadə edilə bilər.







Top: French Connection
Short: Paul&Joe Sisters
Shoes: See by Chloe
Bag: Desigual


Açıqlama: Geyimlər Grandezza-ya məxsusvur və Ariel gel P&G tərəfindən test edilməsi üçün göndərilmişdir.
Foto: Aydan Babayeva Facebook Page