Bu gün sizlərə çoxdan aldığım amma yeni sınadığım bronzlaşdıcıdan yazmaq istəyirəm. İlk öncə Eda Taşpınar brendiylə tanış olaq...
Eda Taşpınarın bioqrafiyasını yazmayacam, əgər sizə maraqlıdırsa google kimi axtarış saytlarında araşdıra bilərsiniz. Mən kısaca brendin yaranma tarixini yazmaq istədim.
Eda Taşpınar, 2012-ci ildə öz şirkəti olan Yıldız Dükkanı'nı qurdu və öz adını daşıyan markası altında günəş yağları, at quyruğu bitkisi şampunu və bədən şampunu, təbii at tükü fırçası kimi kosmetik məhsulları Türkiyə səviyyəsindəki kosmetik zəncir mağazalarına və əczaxanalarda bazara təqdim etdi. Eda Taşpınar şirkətinin görüntüsünü "qadınları xoşbəxt etmək" olaraq təyin etmişdir. Türkiyədə qabaqda gələn markalarına xüsusi aksesuar və geyim kolleksiyaları hazırladı və hazırlamağı davam etdirir. Dizayner olaraq məhsullarını paylaşmağa davam edir.
Bu qədər yetər məncə keçək məhsula. Məndə olan bu məhsul Gratisdən(39.90 tl) alınıb. Yəqin ki, bilirsiniz mən ağbənizəm və mənim üçün 1 ton bronzlaşmağı necə əziyətli olduğunu təsəvvur edə bilirsiniz. Əvvəllər mənə yaxınlarım belə deyirdi:
"aa sən indi gua qaralmısan pomidor olmusan başqa heç nə.!"
"Gör özünə necə əziyyət veribe sənə lazım idi indi zarıldayırsan!"
"Qatıq sürt keçib gedər!"
Sonda isə ortada bir şey yox idi həminki mən olurdum. yada dərim soyulurdu yenə həmin ki mən olurdum :(
Məhsulun istifadə qaydası üzərində yazılıb yenidən yazıb sizləri yormaq istəmirəm.
Bu məhsulu istifadə etdim və 20 dəq günəş vannası qəbul etdim. Nəticə "aa harada qaralmısan belə" bunu ilk dəfəydi istifadə edirdim və yanımda rəfiqəm də var idi oda istifadə etdi o da bəyəndi. Bilirəm bu məhsul instagramda məşhurdur və buna görədə çaşdırıcı olur ki görəsən həqiqətən deyildiyi kimi di ya hamsı reklam xatirinədi. İnanın qızlar mən çoox bəyəndim və tövsiyyə edirəm məndə sprey formasında olandı. Məncə bəsti bu qədər yazdım, amma yorulmadan tərifləyə bilərəm bu məhsulu.
Müsbət:
Dediyi effekti verir və dərinizdə ağrı hiss etmədən bronzalaşacaqsınız
Sprey formasında olduğuçün istifadəsi çox rahatdır
Mənfi:
Tez bitə bilər spray formasında olduğu üçün (bundan əmin deiləm)
P.S: Ölkəmizdə Eda Taşpın Brendinin rəsmi dileri Arzu Beauty mağazasıdır. Ünvan: Genclik metrosunun cixisi Caspian Shoppingin icinde arxa girisinde Arzu Beauty (4 nomreli) magaza. Catdirilma var. 012-465-61-85 ;051-566-61-70
Açıqlama: Bu məhsul RybaTV təfindən ödənilmişdir.