Wednesday, August 12, 2015

Louboutin Dodaq Boyası Kolleksiyası




Christian Louboutinin göstərişli hündür topuqlu, qırmızı altlıqlı ayaqqabılarını biləməyən yoxdur! Keçən il təqdim etdiyi tamamilə fərqli qablaşdırmada dizayn edilmiş dırnaq boyası kolleksiyonundan sonar, bu il: göz alıcı ayaqqabıların tamamlayıcısı olan özəl dizayn edilmiş dodaq boyası. Klepatradan miras qalmış rəvayət edilən bir makiyaj vasitəsi, şübhəsiz ki,  günümüzdə qadınların "Must Have" -i dir. Moda və gözəllik dünyasına yenidən səs-küy salacağı və əfsanə olacağı kimi görünür.


Christian Louboutin digər marka və modellərdən öz fərqli tərziylə fərqləndiyini bir daha göründü. Dodaq boyasının dizayınının delatlları rəqiblərindən olduqca fərqlidir. Həmçinin bu dodaq boyası klon olaraqda istifadə oluna bilər. Xüsusiylə dodaq boyasının xarici qablaşdırmasına görə küllü miqdarda pul ödəyib bitdikdən sonra atılması bu kolleksiyada tarix olacağı kimi görünür. İndi isə  bu dodaq boyalarını yaxından incələyək...


Qadınlara görə ən önəmli makiyaj vasitəsi dodaq boyasıdır ki, çantada əllik, kirşan göz kölgəsi və s olmasa belə dodaq boyası olur. Və əgər bu dodaq boyası Christian Louboutin imzası daşıyırsa qadınlar bunu  çantalarında, boyunlarında belə daşımağa meyil göstərə bilər.



Kraliça Nefertini, sənət axını "Art Deco" və babil memarlarından ilhamlanaraq hazırlanmış özəl dodaq boyası kolleksiyonu, güllə şəkilində hazırlanmış xüsusiyyətli şah əsərdən ibarətdir. Kolleksiyaya 20 Silky (orta-yüksək örtücülüklü satin bitişli) Satin, 9 Sheer Voile ( zəif
örtücülü parlaq bitiş)9 Velvet Matte (yüksək örtücülü matt bitişli) adlı 3 fərqli boya seriyası daxildir.

Məşhur  dizaynerin favori rəngi qırmızı olduğunu bütün Christian Louboutin sevənləri bilir. 



Üzərində Christian Louboutin'in imzasını saxlayan qara parlaq  pomada qabları, qızılı detallar istifadə edilərək daha da dəbdəbəli qablaşdırmadan ibarətdir. Ayrıca üst qisimləri ştapel detallarla bəzənən məhsullar, üst qisimlərində olan detallar sayəsində boyunbağı olaraq da istifadə edilə bilər. Bu boyaları alsanız həm gözəl dodaqlarınızı nəfəs kəsici tonlarla rəngləmiş olacaq həm də bu keyfiyyətli məhsulu yanınız dan ayırmayacaqsınız.




Qırmızı tonların hakim olcağı bu kolleksiyanın Sentyabırda satışa çıxacağı və qiyməti 90 USD olacağı bildirlib.


P.S: Christian Louboutin pomadasına sahib olmaq demək, qadınlar tualetində digər qadınların maraqlı baxışları qarşısında ediləcək bir makiyaj təzələnməsi də demək! Bunu da ayrıca xatırlatmaq istədim! Nə deyərsiniz xanımlar, düşüncəsi belə qulağa olduqca cazibədar gəlmirmi?