Thursday, August 13, 2015
Wednesday, August 12, 2015
Louboutin Dodaq Boyası Kolleksiyası
Christian Louboutinin göstərişli hündür topuqlu, qırmızı altlıqlı ayaqqabılarını biləməyən yoxdur! Keçən il təqdim etdiyi tamamilə fərqli qablaşdırmada dizayn edilmiş dırnaq boyası kolleksiyonundan sonar, bu il: göz alıcı ayaqqabıların tamamlayıcısı olan özəl dizayn edilmiş dodaq boyası. Klepatradan miras qalmış rəvayət edilən bir makiyaj vasitəsi, şübhəsiz ki, günümüzdə qadınların "Must Have" -i dir. Moda və gözəllik dünyasına yenidən səs-küy salacağı və əfsanə olacağı kimi görünür.
Christian Louboutin digər marka və modellərdən öz fərqli tərziylə fərqləndiyini bir daha göründü. Dodaq boyasının dizayınının delatlları rəqiblərindən olduqca fərqlidir. Həmçinin bu dodaq boyası klon olaraqda istifadə oluna bilər. Xüsusiylə dodaq boyasının xarici qablaşdırmasına görə küllü miqdarda pul ödəyib bitdikdən sonra atılması bu kolleksiyada tarix olacağı kimi görünür. İndi isə bu dodaq boyalarını yaxından incələyək...
Qadınlara görə ən önəmli makiyaj vasitəsi dodaq boyasıdır ki, çantada əllik, kirşan göz kölgəsi və s olmasa belə dodaq boyası olur. Və əgər bu dodaq boyası Christian Louboutin imzası daşıyırsa qadınlar bunu çantalarında, boyunlarında belə daşımağa meyil göstərə bilər.
Kraliça Nefertini, sənət axını "Art Deco" və babil memarlarından ilhamlanaraq hazırlanmış özəl dodaq boyası kolleksiyonu, güllə şəkilində hazırlanmış xüsusiyyətli şah əsərdən ibarətdir. Kolleksiyaya 20 Silky (orta-yüksək örtücülüklü satin bitişli) Satin, 9 Sheer Voile ( zəif
örtücülü parlaq bitiş) və 9 Velvet Matte (yüksək örtücülü matt bitişli) adlı 3 fərqli boya seriyası daxildir.
Məşhur dizaynerin favori rəngi qırmızı olduğunu bütün Christian Louboutin sevənləri bilir.
Üzərində Christian Louboutin'in imzasını saxlayan qara parlaq pomada qabları, qızılı detallar istifadə edilərək daha da dəbdəbəli qablaşdırmadan ibarətdir. Ayrıca üst qisimləri ştapel detallarla bəzənən məhsullar, üst qisimlərində olan detallar sayəsində boyunbağı olaraq da istifadə edilə bilər. Bu boyaları alsanız həm gözəl dodaqlarınızı nəfəs kəsici tonlarla rəngləmiş olacaq həm də bu keyfiyyətli məhsulu yanınız dan ayırmayacaqsınız.
Qırmızı tonların hakim olcağı bu kolleksiyanın Sentyabırda satışa çıxacağı və qiyməti 90 USD olacağı bildirlib.
P.S: Christian Louboutin pomadasına sahib olmaq demək, qadınlar tualetində digər qadınların maraqlı baxışları qarşısında ediləcək bir makiyaj təzələnməsi də demək! Bunu da ayrıca xatırlatmaq istədim! Nə deyərsiniz xanımlar, düşüncəsi belə qulağa olduqca cazibədar gəlmirmi?
Labels:
beauty news
,
Christian Louboutin
,
Lips
,
luxury
,
News
Wednesday, August 5, 2015
Eda Taşpınar - Yoğun Bronzlaştırıcı Sprey
Bu gün sizlərə çoxdan aldığım amma yeni sınadığım bronzlaşdıcıdan yazmaq istəyirəm. İlk öncə Eda Taşpınar brendiylə tanış olaq...
Eda Taşpınarın bioqrafiyasını yazmayacam, əgər sizə maraqlıdırsa google kimi axtarış saytlarında araşdıra bilərsiniz. Mən kısaca brendin yaranma tarixini yazmaq istədim.
Eda Taşpınar, 2012-ci ildə öz şirkəti olan Yıldız Dükkanı'nı qurdu və öz adını daşıyan markası altında günəş yağları, at quyruğu bitkisi şampunu və bədən şampunu, təbii at tükü fırçası kimi kosmetik məhsulları Türkiyə səviyyəsindəki kosmetik zəncir mağazalarına və əczaxanalarda bazara təqdim etdi. Eda Taşpınar şirkətinin görüntüsünü "qadınları xoşbəxt etmək" olaraq təyin etmişdir. Türkiyədə qabaqda gələn markalarına xüsusi aksesuar və geyim kolleksiyaları hazırladı və hazırlamağı davam etdirir. Dizayner olaraq məhsullarını paylaşmağa davam edir.
Bu qədər yetər məncə keçək məhsula. Məndə olan bu məhsul Gratisdən(39.90 tl) alınıb. Yəqin ki, bilirsiniz mən ağbənizəm və mənim üçün 1 ton bronzlaşmağı necə əziyətli olduğunu təsəvvur edə bilirsiniz. Əvvəllər mənə yaxınlarım belə deyirdi:
"aa sən indi gua qaralmısan pomidor olmusan başqa heç nə.!"
"Gör özünə necə əziyyət veribe sənə lazım idi indi zarıldayırsan!"
"Qatıq sürt keçib gedər!"
Sonda isə ortada bir şey yox idi həminki mən olurdum. yada dərim soyulurdu yenə həmin ki mən olurdum :(
Məhsulun istifadə qaydası üzərində yazılıb yenidən yazıb sizləri yormaq istəmirəm.
Bu məhsulu istifadə etdim və 20 dəq günəş vannası qəbul etdim. Nəticə "aa harada qaralmısan belə" bunu ilk dəfəydi istifadə edirdim və yanımda rəfiqəm də var idi oda istifadə etdi o da bəyəndi. Bilirəm bu məhsul instagramda məşhurdur və buna görədə çaşdırıcı olur ki görəsən həqiqətən deyildiyi kimi di ya hamsı reklam xatirinədi. İnanın qızlar mən çoox bəyəndim və tövsiyyə edirəm məndə sprey formasında olandı. Məncə bəsti bu qədər yazdım, amma yorulmadan tərifləyə bilərəm bu məhsulu.
Müsbət:
Dediyi effekti verir və dərinizdə ağrı hiss etmədən bronzalaşacaqsınız
Sprey formasında olduğuçün istifadəsi çox rahatdır
Mənfi:
Tez bitə bilər spray formasında olduğu üçün (bundan əmin deiləm)
P.S: Ölkəmizdə Eda Taşpın Brendinin rəsmi dileri Arzu Beauty mağazasıdır. Ünvan: Genclik metrosunun cixisi Caspian Shoppingin icinde arxa girisinde Arzu Beauty (4 nomreli) magaza. Catdirilma var. 012-465-61-85 ;051-566-61-70
Açıqlama: Bu məhsul RybaTV təfindən ödənilmişdir.
Labels:
bronzing
,
bronzlaşdırıcı
,
brozlaştırıcı
,
Eda Taşpınar
,
Review
Tuesday, August 4, 2015
Mənim Hədiyyəm
Bu gün mənə daha bir hədiyyə gəlib. Hədiyyələr məni həmişə motivasiyamı yüksəldir, bloqqerliklə bağlı işlərimi daha həvəslə etməyimə səbəb olur. Mən bunu sevirəm!!! Hədiyyənin qablaşdırılmasına söz yox! Və sizdə sevdiklərinizə belə hədiyyələr edərək onları sevindirə bilərsiniz. İndi isə keçək hədiyyəmə...
Mən qızılı metaları həmişə digər rəng metallardan üstün tutmuşam daha doğrusu qızılı metalları daha çox sevirəm. Və göndərilən bu bilərzikdə qızılı metaldan olması əksər zamanlarda istifadə edə biləcəyimçün daha da sevincdirici oldu.
İnstagram səhifəsinə göz atın deyərdim. Bir-birindən fərqli kreativ aksesuarlar var və saç aksesuarlarını isə xüsusi ilə qeyd etmək istəyirəm.!
Bu arada bilərzik tam qolumun ölçüsündədir. 'Yaaay I`m Happy!"
Açıqlama: Aksesuar @afina_design səhifəsi tərəfindən hədiyyə göndərilmişdir.
Friday, July 31, 2015
Iki "Look" bir Post
Bu mənim ilk Dəb ilə bağlı paylaşımımdır.Ümid edirəm uğurlu olar və davamı gələr. Məni instagramdan izləyirsinizsə bilirsinizki Grandezza və Ariel-in birgə layihəsində iştirak etmək üçün seçilən 6 Bloqqer-dən biri də mən idim. Grandezzada hər birimizə 50 aznlik kart təqdim olundu. Sizlərə öz tərzimə uyğun yaratmağa çalışdığım 2 “Look” paylaşıram... Birinci look "Əyləncəli yay yığıncağı", İkinci isə "Axşam gəzintisi".
Dress: I`m Isola Marras
Shoes: See by Chole
Bag: Ted Baker
Və mən burda tamamən heyran qaldığım yeni bir məhsulu qeyd etmək istəyirəm - Ariel toz və gel gücü bir arada.
Hər bir xanım üçün qarderobunda ki, geyimlərin dəfələrlə yuyulduqdan sonra rənglərini ilk gün ki qalması və parçanı zədələməkdən qorumaq vacib mələsədir . Ariel Liquid Powder - təmiz paltarlar devizi adlandıriram, ləkə aradan qaldırılması və parça müdafiəsini özündə birləşdirir. istifadəsi isə çox praktikdir. qablaşdırmada gələn ölçülü qaba lazımlı miqdarda maye əlavə edin geyimin ləkəli hissəsi maye və qapağın arxa hissəsiylə yüngülcə ovalayın, daha sonra mayeli qabı patlar yuyan maşınınıza qoyun. Bu qədər sadə! Maye15-95 dərəcə aralığında istifadə edilə bilər.
Top: French Connection
Short: Paul&Joe Sisters
Shoes: See by Chloe
Bag: Desigual
Açıqlama: Geyimlər Grandezza-ya məxsusvur və Ariel gel P&G tərəfindən test edilməsi üçün göndərilmişdir.
Foto: Aydan Babayeva Facebook PageAçıqlama: Geyimlər Grandezza-ya məxsusvur və Ariel gel P&G tərəfindən test edilməsi üçün göndərilmişdir.
Friday, July 24, 2015
Saturday, July 18, 2015
Evening Dresses / Ziyafət geyimləri by ALZA
Bü gün silərə fərqli mövzuda post paylaşıram. Avqust ayında mənə yaxın olan insanların xeyir işləri olduğuçün vecsiz yanaşa bilməzdim. Qonağlar arasında ən gözəl geyimə sahib olmaq kim istəməzki?! Və ona görə də ağlıma gələn ilk məkan ALZA oldu. Sezon sonu oldu üçün bir çox mağazalarda olduğu kimi ALZAda da sezon endrimləri var və bununla yanaşı Yeni Kolleksiya da artıq gəlib. Sizlərə 3 Party Look yaratmaq qərarına gəldim:
1. Birthday or Henna Party
2. Engagement Party
3.Wedding Party
Əgər mağazaya getməyə vaxtınız yoxdursa heyfislənməyin onlayn olaraq bir neçə geyimi seçirsiniz və kuryer istədiyiniz ünvana gətirir və istəmədiklərinizi geri qaytarırsınız.Daha bir müsbət cəhət isə əgər qarderobunuzda artıq yerin olmamasından və ya biz xanımlar üçün dövrümüzün qlobal probleminə çevrilmiş "Yox mənim artıq bu paltarla şəklim var, geyinmək istəmirəm" kimi şikayətləriniz varsa təklif edirəmki seçdiyiniz geyimi kirayə əldə edəsiniz.
Qeyd: Əgər qeyd etsəniz ki, RybaTV-dən gəlmisiniz sizə İyul-Avqust aylarında əlavə xüsusi endrim olacaq...
Facebook Page : ALZA
İnstagram : @alza_boutique
Ünvan: Nizami 160a/ Pushkin 12 (near Samed Vurgun park)
Əlaqə: +99455 305 1022, +99450 402 1022,
Wednesday, July 15, 2015
Fashion Haul Alış-Veriş: GEYİİM + AKSESUAR
NIKE AIR MAX 2015 190$
KNOT CROSS-BODY BAG
LEATHER CLUTCH (endirimli:15azn)
BEBE logo T-shirt (endirimli: 41.30azn)
Benetton Blazer (endirimli: 54.5azn)
Vera Moda Don (endirimli: 34.9azn)
Zara kids Short (endrimsiz: 35azn)
Monday, July 13, 2015
Subscribe to:
Posts
(
Atom
)