Friday, May 29, 2015

Məzun Tədbiri makiyajı (video) + Məsləhətlər


İlk öncə Bütün məzunları təbrik edir və gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıram. Məzun (Son Zəng) tədbiri makiyajına bir gün öncədən hazırlıq görmək lazımdır. Beləki, axşamdan üzünüzü skrabla piling edin və dəri tipinizə uyğun nəmləndirici ilə yaxşıca nəmləndirin. Və nəhayət bu gün sizin məzun gününüzdür yuxudan durdunuz dişlərinizi,  üzünüzü isə soyuq suyla yuyun.Ağız sağlamlığı və dişlərimin daha təmiz yuyulması üçün Blend-a-Med Complete 7 Herbal məcunu və Oral-B diş fırçasıyla yuyuram.
Artıq makiyaja keçə bilərik...
İlk öncə makiyaj bazı ilə başlayırıq və  üzün ən tez yağlanan hissələrinə üz bazı və 5-7 dəq gözlədikdən sonra tonal krem tətbiq edirik. Lakin hər tonal kremdən istifadə etmək olmaz! Fotoqrafiq tonal kremlərdən istifadə olunmalıdır səbəb yəqin ki, istəmərsiniz şəkillərə videolara baxanda üzünüzdə flaş partlamasıyla qarşılaşasınız. Mənim seçimim Smashbox Photo Finish primer, Estee Lauder Double Wear -1w1 Bone rəngi və Mac 187 fırçasıdır.


Göz makiyajına başlayaq... 
İlk öncə göz qapaqları rəngini eyniləşdirmək və baza rolu oynaması üçün dəri tonu rəngində krem göz kölgəsi tətbiq edin. Bunun üçün  Mac Paint Pot -Soft Ochre rəngini ideal hesab edirəm. Daha sonra gözlərə dərinlik vermək üçün, gözün qatlanma hissəsinə qəhvəyi tonlarda mat göz kölgəsi və yaxud istifadə etdiyiniz bronzeri tətbiq edin. Seçimim Mac Harmony Blush və Mac 224 fırçası oldu.
Göz kölgəsi olaraq  isə bronz, qızılı tonlara üstünlük verin(seçimim Mac Faire Maiden və Mac 239). Qətiyyən sərt göz makiyajından etməyin!, çünki, bu həm sizin geyiminizə həm də üz quruluşuza uyğün olmayacaq.Daha sonra qara mat "liner"-i quyruqlu formada çəkin.Mənə isə Mac fluid liner- blacktrack rəngi və Mac 109 fıçası kömək oldu.

Daha təbii görüntü olması üçün taxma kirpiklər seçiminiz olmasın. Buna görə də kirpiklərimə ilk öncə  kirpik bazı dərhal sonra isə maskara  tətbiq edin. Müvafiq olaraq Clinique eyelash primerFlorelle mascara istifadə etdim. Bununlada göz makiyajınız bitti....

Qayıdaq üz makiyajına...
Göz altına burun üstünə  gizlətmək və önə çıxarmaq istədiyiniz hissələrə concealer tətbiq edin. "Concealer" dəri tonundan 1-1.5 ton açıq olmalıdır. Üzəridən kirşanla keçib sabitləyin. (Mac Prolong Wear NC15 , Catalina Geo -25)
Mat soyuq alttonlu bronzerlə üzünüzü konturlayın (almaçıq sümükləri altına, burun kənarı, çənə sümüyü, saç dibləri). Ənlik olraq təbii tonlara üstünlük verin və gülümsəyərək tətbiq edin. (Mac Harmony Blush & Mac 109 , Nars Enthralled + Roman Holiday Blush & Mac 129)
  

Üzünüzn daha parlaq  calı görsənməsi üçün  "highlighter" istifadə edin(qaş altı, almacıq sümüyü üstü).(Nars Albatross Highlighting)

Sonda qaşlarınızı darayın əgər ehtiyac varsa qələm və ya mat göz kölgəsi ilə doldurun...
Dodaqlar...
Vizual olaraq daha dolğun dodaqlar istəyiriksə ombre effekti etməliyik. Bunun üçün dodaq boyasından 1-2 ton tünd dodaq qələmi ilə dodaqlarınızı çərçivələrin və içinə üfüqi xəttlər çəkin. Dodaq bozanızı (Mac Snob) və dolğunluq verməsi üçün lip glossunuzu tətbiq edin (Nars İstria Lip Gloss). Qətiyyət vamp görüntü yaradacaq rənglərdən istifadə etməyin (qırmızı,bordo və s.). Üzünüz tam formalaşmadığı üçün kənardan heç də xoş görüntü olmayacaq.

Və dediklərimi virtual olaraq izləmək istəyirsinizsə Mənim Məzun tədbiri makijı video izləyə bilərsiniz...