Friday, June 19, 2015

Bloqqerlərlə Görüşdən Təəssüratlarım



Bildiyiniz kimi bir müddət öncə biz bloqqerlərin görüşü oldu. P&G şirkəti bizləri bir araya yığdı, Sabina parfümeriya və Bliss aksesuar da bizi yalnız qoymadı. Bu görüş bizlərə yeni postlar yazmağa yeni videolar çəkməyə daha da həvəsləndirdi və təbbi ki, hədiyyələrsiz motivasiya olar heç?) Yəginki sizlərə hədiyyələrin nə olası marağlıdır, eləysə sona qədər oxuyun...
Görüş məkanımız isə Özsüt idi.



 Görüş 06.06.2015 tarixində baş tutmuşdu və bu tarixinsə Baku 2015 ərəfəsi olduğunu yəqin ki, unutmamısınız. Bəli, o möhdəşəm açılış mərasimi heç unutmaq olar?!
BAKU2015-ın rəsmi sponsorlarından olan P&G şirkəti bizi heç biletsiz qoyar?) Əlbəttəki xeyr :D Biletlərin artıq bitdiyi bir zamanda belə bir hədiyyənin sevinc hissərini anlatmaq mənimçün çətindir.


Bliss aksesuar-ın isə hədiyyəsi svarovski qaşlarla olan çəhrayı Sette qələmi oldu. Bu qələmi yanımdan ayırmıram çantamdan çıxardıb yazı yazmaq üçün həmişə bəhanə axtarıram :D


Bizi dəstəkləyənlərdən biri Sabina parfümeriyanın bizlərə bəlkə də kiçik amma bizlər üçün böyük motivasiya verən hədiyyələr oldu.



Dolce by Dolce Gabanna  dan olan güzgümü çantandam əksik olmur. Luks diyazını xüsusəndə qızılı rəngə olması məni özünə cəzb edib deyə bilərəm. Qablaşdırmada özünün logolu çexolu olması isə mənim bu sevimli yanimdan ayırmadığım aksesuarımı zədələnməkdən qoruyur :)


Mini boy parfümlər isə qablaşdırması ilə yanaşı ətirləridə cəlb edicidi. Dolce&Gabanna Light Blue ətirini bilək hissəmə test etdim və üstündən saatlar keçəsi, əlimi yumağıma baxmayaraq ətiri hələdə qalıb. Belə güman edirəmki mənim favori yay ətirimə çevriləcək. Oğlan ətirlərini sevirəm və Dolce& Gabanna Intenso-nuda cəlb edici ətirlər siyahısına daxil etmək olar məncə. Hədiyyəlik ətirlər siyahıma daxil oldu.

Bu çutluyun isə "fresh" ətri var.  Mənə görə yay aylarına uyğundur.



Bu da digər hədiyyələrim hələ ki, istifadə etmədiyim üçün fikirlərimi bildirə biləyəcəm ama qısa bir zamanda istifadə edib bloqumda fikirlərimi paylaşacam. 


Və sonda bizlərə Dost Taxi, Bliss- dən endrim kartları və Park sineadan primyeraları izləmək üçün xüsusi kartlar təqdim olundu. hələlik...