Thursday, August 13, 2015
Wednesday, August 12, 2015
Louboutin Dodaq Boyası Kolleksiyası
Christian Louboutinin göstərişli hündür topuqlu, qırmızı altlıqlı ayaqqabılarını biləməyən yoxdur! Keçən il təqdim etdiyi tamamilə fərqli qablaşdırmada dizayn edilmiş dırnaq boyası kolleksiyonundan sonar, bu il: göz alıcı ayaqqabıların tamamlayıcısı olan özəl dizayn edilmiş dodaq boyası. Klepatradan miras qalmış rəvayət edilən bir makiyaj vasitəsi, şübhəsiz ki, günümüzdə qadınların "Must Have" -i dir. Moda və gözəllik dünyasına yenidən səs-küy salacağı və əfsanə olacağı kimi görünür.
Christian Louboutin digər marka və modellərdən öz fərqli tərziylə fərqləndiyini bir daha göründü. Dodaq boyasının dizayınının delatlları rəqiblərindən olduqca fərqlidir. Həmçinin bu dodaq boyası klon olaraqda istifadə oluna bilər. Xüsusiylə dodaq boyasının xarici qablaşdırmasına görə küllü miqdarda pul ödəyib bitdikdən sonra atılması bu kolleksiyada tarix olacağı kimi görünür. İndi isə bu dodaq boyalarını yaxından incələyək...
Qadınlara görə ən önəmli makiyaj vasitəsi dodaq boyasıdır ki, çantada əllik, kirşan göz kölgəsi və s olmasa belə dodaq boyası olur. Və əgər bu dodaq boyası Christian Louboutin imzası daşıyırsa qadınlar bunu çantalarında, boyunlarında belə daşımağa meyil göstərə bilər.
Kraliça Nefertini, sənət axını "Art Deco" və babil memarlarından ilhamlanaraq hazırlanmış özəl dodaq boyası kolleksiyonu, güllə şəkilində hazırlanmış xüsusiyyətli şah əsərdən ibarətdir. Kolleksiyaya 20 Silky (orta-yüksək örtücülüklü satin bitişli) Satin, 9 Sheer Voile ( zəif
örtücülü parlaq bitiş) və 9 Velvet Matte (yüksək örtücülü matt bitişli) adlı 3 fərqli boya seriyası daxildir.
Məşhur dizaynerin favori rəngi qırmızı olduğunu bütün Christian Louboutin sevənləri bilir.
Üzərində Christian Louboutin'in imzasını saxlayan qara parlaq pomada qabları, qızılı detallar istifadə edilərək daha da dəbdəbəli qablaşdırmadan ibarətdir. Ayrıca üst qisimləri ştapel detallarla bəzənən məhsullar, üst qisimlərində olan detallar sayəsində boyunbağı olaraq da istifadə edilə bilər. Bu boyaları alsanız həm gözəl dodaqlarınızı nəfəs kəsici tonlarla rəngləmiş olacaq həm də bu keyfiyyətli məhsulu yanınız dan ayırmayacaqsınız.
Qırmızı tonların hakim olcağı bu kolleksiyanın Sentyabırda satışa çıxacağı və qiyməti 90 USD olacağı bildirlib.
P.S: Christian Louboutin pomadasına sahib olmaq demək, qadınlar tualetində digər qadınların maraqlı baxışları qarşısında ediləcək bir makiyaj təzələnməsi də demək! Bunu da ayrıca xatırlatmaq istədim! Nə deyərsiniz xanımlar, düşüncəsi belə qulağa olduqca cazibədar gəlmirmi?
Labels:
beauty news
,
Christian Louboutin
,
Lips
,
luxury
,
News
Wednesday, August 5, 2015
Eda Taşpınar - Yoğun Bronzlaştırıcı Sprey
Bu gün sizlərə çoxdan aldığım amma yeni sınadığım bronzlaşdıcıdan yazmaq istəyirəm. İlk öncə Eda Taşpınar brendiylə tanış olaq...
Eda Taşpınarın bioqrafiyasını yazmayacam, əgər sizə maraqlıdırsa google kimi axtarış saytlarında araşdıra bilərsiniz. Mən kısaca brendin yaranma tarixini yazmaq istədim.
Eda Taşpınar, 2012-ci ildə öz şirkəti olan Yıldız Dükkanı'nı qurdu və öz adını daşıyan markası altında günəş yağları, at quyruğu bitkisi şampunu və bədən şampunu, təbii at tükü fırçası kimi kosmetik məhsulları Türkiyə səviyyəsindəki kosmetik zəncir mağazalarına və əczaxanalarda bazara təqdim etdi. Eda Taşpınar şirkətinin görüntüsünü "qadınları xoşbəxt etmək" olaraq təyin etmişdir. Türkiyədə qabaqda gələn markalarına xüsusi aksesuar və geyim kolleksiyaları hazırladı və hazırlamağı davam etdirir. Dizayner olaraq məhsullarını paylaşmağa davam edir.
Bu qədər yetər məncə keçək məhsula. Məndə olan bu məhsul Gratisdən(39.90 tl) alınıb. Yəqin ki, bilirsiniz mən ağbənizəm və mənim üçün 1 ton bronzlaşmağı necə əziyətli olduğunu təsəvvur edə bilirsiniz. Əvvəllər mənə yaxınlarım belə deyirdi:
"aa sən indi gua qaralmısan pomidor olmusan başqa heç nə.!"
"Gör özünə necə əziyyət veribe sənə lazım idi indi zarıldayırsan!"
"Qatıq sürt keçib gedər!"
Sonda isə ortada bir şey yox idi həminki mən olurdum. yada dərim soyulurdu yenə həmin ki mən olurdum :(
Məhsulun istifadə qaydası üzərində yazılıb yenidən yazıb sizləri yormaq istəmirəm.
Bu məhsulu istifadə etdim və 20 dəq günəş vannası qəbul etdim. Nəticə "aa harada qaralmısan belə" bunu ilk dəfəydi istifadə edirdim və yanımda rəfiqəm də var idi oda istifadə etdi o da bəyəndi. Bilirəm bu məhsul instagramda məşhurdur və buna görədə çaşdırıcı olur ki görəsən həqiqətən deyildiyi kimi di ya hamsı reklam xatirinədi. İnanın qızlar mən çoox bəyəndim və tövsiyyə edirəm məndə sprey formasında olandı. Məncə bəsti bu qədər yazdım, amma yorulmadan tərifləyə bilərəm bu məhsulu.
Müsbət:
Dediyi effekti verir və dərinizdə ağrı hiss etmədən bronzalaşacaqsınız
Sprey formasında olduğuçün istifadəsi çox rahatdır
Mənfi:
Tez bitə bilər spray formasında olduğu üçün (bundan əmin deiləm)
P.S: Ölkəmizdə Eda Taşpın Brendinin rəsmi dileri Arzu Beauty mağazasıdır. Ünvan: Genclik metrosunun cixisi Caspian Shoppingin icinde arxa girisinde Arzu Beauty (4 nomreli) magaza. Catdirilma var. 012-465-61-85 ;051-566-61-70
Açıqlama: Bu məhsul RybaTV təfindən ödənilmişdir.
Labels:
bronzing
,
bronzlaşdırıcı
,
brozlaştırıcı
,
Eda Taşpınar
,
Review
Tuesday, August 4, 2015
Mənim Hədiyyəm
Bu gün mənə daha bir hədiyyə gəlib. Hədiyyələr məni həmişə motivasiyamı yüksəldir, bloqqerliklə bağlı işlərimi daha həvəslə etməyimə səbəb olur. Mən bunu sevirəm!!! Hədiyyənin qablaşdırılmasına söz yox! Və sizdə sevdiklərinizə belə hədiyyələr edərək onları sevindirə bilərsiniz. İndi isə keçək hədiyyəmə...
Mən qızılı metaları həmişə digər rəng metallardan üstün tutmuşam daha doğrusu qızılı metalları daha çox sevirəm. Və göndərilən bu bilərzikdə qızılı metaldan olması əksər zamanlarda istifadə edə biləcəyimçün daha da sevincdirici oldu.
İnstagram səhifəsinə göz atın deyərdim. Bir-birindən fərqli kreativ aksesuarlar var və saç aksesuarlarını isə xüsusi ilə qeyd etmək istəyirəm.!
Bu arada bilərzik tam qolumun ölçüsündədir. 'Yaaay I`m Happy!"
Açıqlama: Aksesuar @afina_design səhifəsi tərəfindən hədiyyə göndərilmişdir.
Subscribe to:
Posts
(
Atom
)